QATIQ, YAŞIL ÇAY VƏ NORMAL DƏRİ ÜÇÜN AVOCADO MASKASI

Normal bir dəri tipiniz varsa şanslısınız, çünki həddindən artıq quru və ya yağlı dərinin yaratdığı problemlərlə qarşılaşmaq məcburiyyətində deyilsiniz.

Lakin bu, cildinizi nəmləndirməyə ehtiyacınız olmadığı anlamına gəlmir. Bu maskanı həftədə bir dəfə təbii və təsirli bir nəmləndirici kimi istifadə edə bilərsiniz.

Maska üçün tələb olunan ərzaqlar;

1 çay qaşığı qatıq, 1 avokado və 1 paket yaşıl çay.

 

Əvvəlcə yaşıl çay torbasını kəsin və toz halına gələnə qədər əzin. Qaşığın arxası ilə də əzə bilərsiniz.

Qabıqdan çıxardığınız avokadonu bir az qaynadılmış su əlavə edərək toz halına salınan yaşıl çay ilə qarışdırın. Sonra qatıq əlavə edin və yenidən qarışdırın. Rondo istifadə edə bilərsiniz.

Qarışığı göz ətrafından kənar bölgəyə nazik bir təbəqə kimi çəkin və 15 dəqiqə saxlayın, sonra isti su ilə təmizləyin.