Lazım Olan Ərzaqlar
1 kq Ət (kiçik doğranmış)
3 ədəd Baş soğan
2 çay qayığı Duz
2 çay qayığı Qırmızı bibər
1 çay qayığı İstiot
3 yemək qaşığı Zeytun yağı
3 stəkan Su

Hazırlanma qaydası


• Əvvəlcə əti yuyun və suyunu tamamən süzün.
• Quşbaşı şəklində doğrayın.
• Quru soğanın qabıqlarını soyun və incə- incə doğrayın.
• Qazana yağınızı qoyub quru soğanı qovurmaya başlayın.
• Yaşıl uzunsov bibəri yuyub incə-incə doğrayın və qazana qoyun.
• Soğan və bibəri yaxşıca qovurub ətiəlavə edin.
• Vam odda suyu qurruyana qədər qovurun.
• Pomidorların qabığını soyub küp-küp doğrayın.
• Doğranmış pomidorları da qazana əlavə edin.
• ədviyyatları və duzuda qatın.
• Vam atəşdə tamamən suyunu çəkənə qədər qovurun.
• Suyunu çəkincə isti-isti servis edin.
• Yanına fəslə uyğun salat hazırlayaraq servis edə bilərsiniz.
Nuş olsun!