Lazım olan ərzaqlar
5 ədəd yumurta ağı
300 q toz şəkər
1 çimdik nişasta
1 paket vanilya
10 ədəd çiyələk
Krem şantiyi hazırlamaq üçün
1 stəkan süd

Hazırlanma qaydası
Yumurtanın ağlarını köpük halına gətirin. Yavaş-yavaş toz şəkər əlavə edin. Şəkər əriyənə qədər 25 dəqiqə çırpın. Qatı bir köpük əldə edin. Qarışıma sirkə, nişasta, vanilya qoyun. 5 dəqiqə daha çırpın. Soba sinisinə alminyum folqa sərin. Folqanın üzərinə əldə etdiyimiz qatı köpüyü yaymadan yuxarı doğru təpə formasında qoyun. Daha sonra 150 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Soba soyuyana qədər qapağını açmayın. Soyuyanda sobadan çıxarın. Bir tərəfinə seçdiyiniz meyvələri yerləşdirin. Üzərinə 1 stəkan sütlə hazırlanmış krem şantiyi tökürük.
Nuş olsun!