Lazım olan ərzaqlar
163 q Qoyun əti
35 q Buğda unu
10 ədəd Yumurta
10 q Yağ
20 q Ağ lobya
10 q Sirkə
20 q Baş soğan
20 q Keşniş
10 q Quru nanə
İstiot

Hazırlanma qaydası

• Sümükdən bulyon bişirin.
• Yumşaq qoyun ətindən baş soğan və ədviyyatla qiymə hazırlayın.
• Hər pay üçün 5-6 ədəd küftəcik hazırlayın.
• Bulyona qabaqcadan isladılıb bişirilmiş lobya və bərk xəmirdən hazırlanmış əriştə qatın.
• Əriştənin xəmiri üçün una su, yumurta və duz vurub yoğurun və 1 mm qalınlığında yayın.
• Sonra 5 mm enində lent şəklində əriştə kəsin.
• Bulyonda küftəcikləri bişirin , sonra da əriştə və xırda lobyanı qatın.
• Hazır olandan sonra xörəyə çərtilmiş göyərti vurun.
• Süfrəyə verilən zaman üstünə quru nanə səpin.
• Xörəyin yanına da ayrıca sirkə qoyun.

Nuş olsun!